M.Ferstappen: Hər şey əladır

Red Bull komandasının sürücüsü Maks Ferstappen cümə sərbəst yürüşlərindən sonra nikbindir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Toskanadakı cümə sərbəst yürüşlərində üçüncü olub.

Maks Ferstappen: “Məncə, bolidin davranışları yaxşı idi. Mercedes-ə yaxınıq və bu, yaxşı haldır. Balansı da yaxşılaşdıra bilərik.

Bu tras çox gözəldir. Çox sürətli döngələr var və Formula1 maşını ilə Arrabiata döngələrini dönmək inanılmazdır. Bu trasda sürməkdən həzz aldım. Cümə günü özümü yaxşı hiss edirdim. Bazar günü isə hava isti olacaq və 59 dövrə vurmaq bizi yoracaq. Buna baxmayaraq, mübarizə aparmağı sevirəm. Təkərlər yaxşıdır. Mən pis olmasını gözləyirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*