J.Vilnöv: Maks böyüyüb

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Maks Ferstappen artıq daha ədalətli rəqib olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü karyerasının ilk illərində həm müdafiə olunarkən, həm də hücum edərkən rəqiblərinə qarşı çox aqressiv davranırdı.

Jak Vilnöv: “Maks daha ədalətli sürücü olub. İlk mövsümlərində düzlüklərdə çox hərəkət edirdi. İndi belə etmir. Hazırda özünü tapıb və hərəkətlərinin yerini bilir.

Bu il heç bir zəif nöqtəsi yoxdur. Bəhreyndə yerini geri verməsini istəyəndə də sakit davrandı. Maks artıq böyüyüb. Bilir ki, hələ çox yarış var. Potensiallıdır və həmişə öndədir. Həmişə mübarizə aparır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*