J.Vilnöv: “Red Bull Maksa fokuslanıb”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Red Bull komandası Maks Ferstappenin ətrafında toplanıb.

F-1.az xatırladır ki, mövsümün ilk iki yarışından sonra Maks Ferstappen 27, Pyer Qasli isə 6 xal toplayıb.

Jak Vilnöv: “Red Bull hazırda Ferstappenin ətrafında toplanıb. Buna görə də bu il Pyerin Maksı məğlub edəcəyinə inanmıram. Qasli keçən il insanları bir az təəccübləndirdi, amma stabil deyildi. Bu il isə üzərindəki təzyiq artıb. O, liderin müəyyən olduğu komandaya getdi.

Bəzi şeylər sənin üçün qaydasında deyilsə, komanda yoldaşın səndən güclüdürsə və zəif performansına görə tənqid olunursansa, bunlar sənin üçün ağır ola bilər. Maks ona kömək etməyəcək və bu, başadüşüləndir. Formula1-də əsas məqsəd komanda yoldaşını məğlub etməkdir.

Komanda Maksı çox yaxşı hazırlayıb. İndi də onun ətrafında toplanıblar. Əgər başqa komandada yarışsaydı, belə olmazdı. Çox yaxşı formadadır. O, bu fürsəti gənc yaşda, təcrübəsi az olarkən əldə etdi. Xüsusən də, Yos ağıllı davrandı. Komandaya göstərdi ki, Maks onlar üçün vacibdir. Lakin başqa komandada bu mümkünsüz idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*