M.Ferstappen: “Döngələrdə zəifik”

Red Bull komandasının sürücüsü Maks Ferstapprn bildirib ki, istənilən döngədə Mercedes-dən geri qalırlar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Barselonada ardıcıl 5-ci qələbə dublunu ediblər. Maks Ferstappen isə Avstraliyadan sonra ikinci dəfə podiuma yüksəlib. Lakin hollandiyalı sürücü şassiyə görə Mercedes-dən geridə qaldıqlarını deyib: “Mercedes-lə nisbətdə heç bir döngədə daha yaxşı deyilik. Bu, yaxşı maşındır, amma Mercedes hər yerdə sürətlidir. Orta və yüksək sürətli döngələrdə tempimiz oxşardır. Amma bu, sazlanmalardan asılıdır. Bu trasda yavaş döngələrdə daha sürətli görünürdülər. Bu hal Monako üçün çox yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*