A.Elbon: “Əlimə böyük fürsət keçdi”

Formula1-də bu il debüt edən Aleksander Elbon bildirib ki, Red Bull komandasına keçmək karyerası üçün böyük fürsətdir.

F-1.az xatırladır ki, gənc sürücü karyerasına bu il başlasa da, cəmi 12 yarış keçirtdikdən sonra Red Bull-da bərbad performans göstərən Pyer Qaslini əvəz edəcək. 23 yaşlı sürücü 2020-ci ildə komandada qalmaqçün növbəti 9 yarışda əlindən gələni etməlidir.

Aleksander Elbon: “Red Bull kimi komandada belə fürsət əldə etmək inanılmazdı. Mənə inandıqları üçün təşəkkür etmək belə azdır. Orada yarışmağa hazıram. Toro Rosso-dakı uşaqlara da təşəkkür edirəm. Xüsusilə mənə həmişə dəstək olan Frants Tosta. İndi isə Red Bull-la Belçikadakı debüt yarışıma fokuslanmalıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*