N.de Vriz oturacaq sazlanması edib

Gələn il Alphatauri ilə yarışmağa hazırlaşan Nik de Vriz komandanın bazasına gələrək, oturacaq sazlanması edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü gələn il Pyer Qaslini əvəz edəcək.

AlphaTauri komandası Twitterdə De Vrizin boliddəki şəkillərini yaymışdı. 27 yaşlı pilot ilin sonunda Alphatauri ilə Əbu Dabi testlərinə qatılmağı planlaşdırır və buna görə də bazaya gələrək, oturacaq sazlanması edib.

,