Rəsmən: AlphaTauri heyətini qoruyub

AlphaTauri komandası növbəti mövsümdə də sürücü heyətini dəyişməməyə qərar verib.

F-1.az xatırladır ki, İtaliya komandası bu mövsüm 84 xal toplayıb və bunun 66-nı Qasli əldə edib.

Pyer Qasli: “Komandaya 2017-ci ildə qatılmışam və mövsümlər keçdikcə inkişaf edirik. Buna görə də daha bir il qaldığım üçün sevinirəm. Builki performansımızdan sonra növbəti mövsümdə uğur qazana bilərik. Formula1-in yeni dövründə görək nələr olur. Bu mövsüm hələki yaxşı gedir. İnanıram ki, gələn il daha yaxşı olacaq”.

Komandanın digər sürücüsü debütant Yuki Tsunoda bu il elə də uğurlu çıxışla yadda qalmayıb. 13 yarışın sadəcə 5-dən xalla ayrılan 21 yaşlı pilot, sadəcə 18 xal toplayıb. Buna baxmayaraq, AlphaTauri yaponiyalı sürücüyə daha bir il şans verib.

Yuki Tsunoda: “Scuderia AlphaTauri ilə ikinci mövsümümü keçirəcəm və həyəcanlıyam. Bu, inanılmaz fürsətdir və idmandakı təcrübəmi artıracam. Bu fürsətə görə komandama təşəkkür edirəm.

Pyerlə münasibətim yaxşıdır. Bu il ondan çox şey öyrənmişəm və inkişafıma kömək edir. Buna görə də onunla komanda yoldaşı olmaq gözəldir. Bu yaxınlarda Faentsaya köçmüşdüm və özümü yaxşı hiss edirəm. Növbəti mövsüm üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*