H.Marko Qasli barədə danışıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Pyer Qasli keçən il Super Formula-da püxtələşib.

F-1.az xatırladır ki, fransalı sürücü 2016-cı ildə GP2 seriyasında qalib olduqdan sonra keçən il Super Formula-da çempionluğu yarım xalla əldən vermişdi.

Helmut Marko: “Qasli ikinci cəhdində GP2-də qalib gəldi. Bir az bəxti gətirmədi və səhvlər etdi. Amma Yaponiyada püxtələşdi. Özbaşına iş görməyi öyrəndi. Çünki heç kim onun dilini bilmirdi. Öz yolunu tapa bildi. Son yarış fırtınaya görə ləğv edildi. Buna görə də çempion ola bilmədi. Amma komandası çempion oldu və oranın əsl qalibi odur. Ona vaxt vermək doğru qərar idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*