K.Horner təmkinlidir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, çempionluq barədə danışmaq hələ tezdir.

F-1.az xatırladır ki, Ferstappen mövsümün ilk yarışı Avstraliyada üçüncü olub və “qırmızı öküzlər” 2013-cü ildən sonra ilk dəfə Albert Parkda podiuma yüksəliblər. Bundan başqa Honda 2015-ci ildə idmana qayıtdıqdan sonra ilk podiumunu qazanıb.

Kristian Horner: “Məncə, çempionluq barədə danışmaq hələ tezdir. Amma Honda üçün podiumda olmaq çox gözəldir. Bu uğura görə fəxr edirik. Bizə verdikləri mühərriyə görə onlara minnətdarıq. Ümid edirəm ki, bu, güclü mövsümün başlanğıcı olar. Mercedes və Ferrari ilə fərqi bağlamaq istəyirdik və bacardıq. İndi bu nəticəni daha da təkmilləşdirməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*