K.Horner: “Nyui həyəcanlıdır”

Red Bull komandasının rəhbəri Kristian Horner artıq Ferrari və Mercedes-ə çatdıqlarını düşünür.

F-1.az xatırladır ki, Red Bull komandası bu il Honda ilə işləyəcək. Testlərdə güclü performans göstərən “qırmızı öküzlər” yeni mövsüm üçün iddialıdırlar.

Kristian Horner: “İkinci testlərdən sonra Ferrari-nin güclü olduğu açıq-aşkar görünür. Mercedes də onlara yaxın olacaq. Onlar sonuncu Dünya Çempionlarıdırlar. Buna görə də tənbəllik etməyəcəklər. Biz isə onlarla fərqi qapadıq. Ancaq bunu Melburnda görməyəcəyik, çünki ora xüsusi trasdır. İlk üç yarışdan sonra danışa bilərik.

Yeni mühərriklər bütün komandanı, xüsusən də, Nyuini həyəcanlandırdı. O, mühərriyin performansından razıdır və öndəkilərə çatdığımızı düşünür. Bu hal ona motivasiya verir. Bütün günü bazada işləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*