Red Bull problemləri həll edib?

Red Bull komandası Səudiyyə Ərəbistanı yarışından əvvəl boliddəki problemləri aşkar edib.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümün ilk yarışı Bəhreyndə tam heyətlə mübarizəni dayandırıb və xalsız qalıb.

Komandanın rəhbəri Kristian Horner yarışdan sonra bildirib ki, sürücülər yanacaq pompasına görə mübarizəni dayandırıblar, amma ətraflı açıqlama olmayıb. Ancaq komanda problemi araşdırıb və taparaq həll edib. Red Bull komandası problemin təkrarlanacağına inanmır.

Yeni reqlamentə görə yanacaq pompasındakı bəzi detallar standartdır. Yəni ki, hamı eyni detallardan istifadə edir. Lakin Red Bull-un problemi bu detallarla bağlı deyil.

Onsuz da trada Təhlükəsizlik Maşını girdiyi üçün Ferstappen yanacağa qənaət etmişdi və yarışın sonunu rahatlıqla görə bilərdi. Problem sistemin çənin dibindəki yanacağı götürməsindədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*