K.Horner: Binottonun getməsi təəccüblü deyil

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mattia Binottonun Ferrari-dən ayrılmasına təəccüblənməyib.

F-1.az xatırladır ki, Binotto keçən həftə Ferrari komandasının rəhbəri vəzifəsindən istefa verib və onu kimin əvəzləyəcəyi hələ də naməlumdur.

Kristian Horner: “Sözün açığı, Ferrari-nin bu qərarı alması məni təəccübləndirmədi. Mən bura gələndən bəri səhv etmirəmsə, dəyişən 6-cı Ferrari rəhbəri olacaq.

Təbii ki, Mattia üçün adan deyil. Bu il çox güclü maşınları var idi. Əla yarışırdılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*