Red Bull Racing Hornerə 33.5 milyon funt ödəyib

Komandanın maliyyə hesabatında Kristian Hornerin 2025-ci ildə müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə komandadan aldığı məbləğ göstərilib.

Qeydiyyat Palatasına təqdim olunan sənədlərə əsasən, Red Bull Racing komandanın rəhbəri və icraçı direktoru vəzifəsindən uzaqlaşdırılması qərarından sonra Kristian Hornerə 33.494 milyon funt ödəyib. Bu məbləğə Hornerin direktor vəzifəsini tutduğu Red Bull Powertrains və Red Bull Advanced Technologies şirkətlərində vaxtından əvvəl vəzifədən kənarlaşdırılmasına görə ödənişlər daxil olmayıb.

Ödənişlərin ümumi məbləği 50 milyon funtu keçib – bu rəqəm tərəflərin ayrıldığını açıqladığı 2025-ci ildə də hallanıb.

,