Bəhreyn-2022: İkinci sərbəst yürüşlər

Bəhreyndə ən faydalı məşq seansı ikinci sərbəst yürüşlərdir. Çünki sıralanma turu və yarış kimi, süni işıqlar altında və daha sərin havada baş tutur. Bu da soyutma problemi yaşayan komandalara kömək edib. Nəticələr ilk sessiyadan çox fərqli olub.

F-1.az xəbər verir ki, trayektoriyanın rezin qatı ilə örtülməsi asfaltla ilişməni xeyli yaxşılaşdırıb və artıq ilk cəhdlərdən əldə edilən nəticələr gündüzkü ilə müqayisədə xeyli yaxşı olub. Komanda Bottasın maşınında yaranmış problemi həll edib və finlandiyalı sürücü bu dəfə işləyə bilib. Mercedes Həmiltonun maşınını əvvəlki konfiqurasiyaya qaytarsa da, maşında yırğalanma yenə çoxdur. Mercedes bu problemi hələ həll edə bilməyib.

Buradakı testləri koronavirusa yoluxduğu üçün buraxmalı olan Daniel Rikkardo ikinci məşqləri maye sızması səbəbindən yarımçıq saxlamalı olub. Sürücülər Medium təkərlərlə başlasalar da, sonradan Soft-lara keçərək sıralanma turuna hazırlaşıblar ki, bu da təsnifat mərhələsi barədə bir qədər proqnozlar verməyə imkan yaradıb.  Sürücülər ardıcıl sürətli dövrələr vurduqdan sonra təklərlərin səmərəliliyini yoxlamaq üçün yarış simulyasiyasına keçiblər.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:31.936. Bu nəticə ona keçən il poul qazandıran nəticədən 3 saniyə geri qalır, lakin sabah sürücülər daha da sürətlənəcəklər…

Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:31.936 20
2 16 Şarl Lekler Ferrari 1:32.023 + 0:00.087 20
3 55 Karlos Sayns Ferrari 1:32.520 + 0:00.584 21
4 63 Corc Rassell Mercedes AMG 1:32.529 + 0:00.593 25
5 14 Fernando Alonso Alpine 1:32.877 + 0:00.941 24
6 77 Valtteri Bottas Alfa Romeo 1:32.951 + 0:01.015 30
7 11 Serxio Peres Red Bull 1:32.958 + 0:01.022 20
8 47 Mik Şumaxer Haas 1:33.085 + 0:01.149 24
9 44 Lyuis Həmilton Mercedes AMG 1:33.144 + 0:01.208 23
10 20 Kevin Maqnussen Haas 1:33.183 + 0:01.247 23
11 4 Lando Norris McLaren 1:33.280 + 0:01.344 27
12 31 Esteban Okon Alpine 1:33.360 + 0:01.424 25
13 10 Pyer Qasli AlphaTauri 1:33.621 + 0:01.685 24
14 22 Yuki Tsunoda AlphaTauri 1:33.789 + 0:01.853 26
15 24 Quanyu Çjou Alfa Romeo 1:33.953 + 0:02.017 26
16 18 Ləns Stroll Aston Martin 1:33.958 + 0:02.022 25
17 27 Niko Hülkenberq Aston Martin 1:34.061 + 0:02.125 27
18 3 Daniel Rikkardo McLaren 1:34.166 + 0:02.230 12
19 6 Nikolas Latifi Williams 1:34.486 + 0:02.550 28
20 23 Aleksander Elbon Williams 1:34.735 + 0:02.799 22
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*