F.Alonso: Yaxşı gün idi, amma…

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turu üçün gözləntiləri böyük deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində lider Ferstappendən 0.9 saniyə geri qalsa da, 5-ci olub.

Fernando Alonso: “Proqramımızı tamamladıq və gözəl gün idi. Hava keçən həftəkindən daha soyuq idi. Buna görə də hava şəraitinə uyğunlaşmağa və təkərlərin necə davrandığını anlamağa çalışdıq. Bir neçə problemin səbəbini şənbə günü tapmağa çalışacağıq. Lakin gözəl gün idi. Boliddə özümü yaxşı hiss etsəm də, yavaş döngələrdə problemi tapmalıyıq. Hələ də balans problemlərimiz var. Sıralanma turunda əsas hədəfimiz son sessiyaya qalmaq olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*