S.Peres yeniliklər barədə danışmağa tələsmir

Red Bull komandasının sürücüsü Serxio Peres komandanın gətirdiyi son yeniliklərlə bağlı fikir bildirməyə tələsmir.

F-1.az xatırladır ki, meksikalı sürücü Macarıstan yarışına 9-cu yerdən başlasa da, yekunda üçüncü olaraq, podiuma yüksəlib. O, yarışın sonlarında Lyuis Həmiltona qarşı yerini qorumalı olub.

Serxio Peres: “Yarışda hədəfim mümkün qədər yaxşı nəticə almaq və vacib xallar qazanmaq idi. Podiuma yüksəlməyi gözləyirdim, amma bunun üçün yaxşı ötmələr etməli idim. Hard təkərlərlə başlamaq asan deyildi. Əvvəlcə istədiyimiz kimi ilişmə yox idi. Əksər döngələrdə sadəcə bir trayektoriya var və asfaltın digər hissələri kauçuk qırıntıları ilə doludur. Buna görə ötmə etmək çətin idi.

Bu Hunqaroqinqdə tipik problemdir, amma yaxşı strategiya seçdik. Sonlarda Lyuis mənə çatdı və ondan öndə qalmaq çətin idi, çünki dövrəvi sürücülər var idi. Onları keçəndə təkərlər kauçuklar yapışdı və təkərlər təmizlənənə qədəriki dövrə sürətlə gedə bilmədim. Lyuis bundan istifadə edib fərqi azaltdı.

Lakin sonlarda təkərlər təmizləndi və ginişə qədər hər şeyə nəzarət edə bildim. Dövrəvi nəticələrimiz yaxın idi və aramızda cuzi fərq var idi. Bu fərq ötmə üçün bəs eləməzdi”.

Red Bull komandası Macarıstana yeni saydpod gətirmişdi. Serxio Peres bunlarla bağlı fikir bildirib: “Şənbə günü sıralanma tempində fərq çox az idi. Birinci yerlə onuncu yer arasında 0.5 saniyə fərq var idi. Ümid edirəm ki, Spada maşının real tempini görərik. Belçika trası dəyərləndirmə etmək üçün daha əlverişlidir. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*