M.Ferstappen: Burada ideal dövrə vurmaq çətindir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull Rinqdə səhv etmək asandır.

F-1.az xatırladır ki, niderlandlı sürücü Red Bull-un ev trasında poul qazanıb. O, ikinci yerdəki Lekleri cəmi 0.029 saniyə qabaqlaya bilib.

Maks Ferstappen: “Qırmızı bayraqlara görə çox gözlədik. Bu, yaxşı hal deyil. Tempi tutduqdan sonra sürmək daha yaxşıdır. Belə olanda tras da soyuyur. Külək də yönünü dəyişir, amma komandalar bir-birinə yaxın oldu. Burada hər şeyi düzgün etmək çətindir.

Döngələr çox olmasa da, digərləri çətin və səhvə açıqdır. Poul aldığım üçün çox şanslıyam. Sabah və bazar günü gözəl xallar qazanacağıq.

Buradakı azarkeşləri görmək inanılmazdır. Bir neçə ildir ki, burada çoxlu narıncı görürəm və dəstək alıram. Belə olanda üzüm gülür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*