S.Buemi Red Bull-un ehtiyat sürücüsü olacaq

Sabiq Formula1 sürücüsü Sebastyen Buemi mövsümün sonuna qədər Red Bull və AlphaTauri komandalarının ehtiyat sürücüsü olacaq.

F-1.az bildirir ki, Red Bull-un ehtiyat sürücüsü Sercio Sette Kamaradır. Lakin Kamara Super Formula-da yarışdığı üçün Yaponiyaya getməli olub. Pandemiyaya görə səyahət məhdudiyyəti olduğu üçün braziliyalı sürücü Super Formula çempionatı qədər Yaponiyada qalmalı olacaq. Buna görə də Red Bull mövsümün sonuna qədər onun əvəzinə Sebastiyen Buemini gətirəcək.

Buemi Dünya Dözümlülük Çempionatının qalibi olduğu üçün super lisenziyası var. İsveçrəli sürücü 2011-ci ildən sonra Formula1-də yarışmasa da, Red Bull-un simulyatorunda çox vaxt keçirib və bu ilin bolidini əla tanıyır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*