F.Tost: “İndiki sürücülər keçmişdəkilərdən güclüdür”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildririb ki, F1 bolidlərini sürmək çətinləşsə də, hazırkı sürücülər yorulmaz.

F-1.az xatırladır ki, həm Qrojan, həm də Həmilton hazırkı bolidləri sürməyin asan olduğunu demişdi.

Frants Tost: “Hazırkı dövrü 20-30 il əvvəl ürəyi gedən Nelsob Pike və Naycel Mənsell dövrü ilə müqayisə etmək olmaz. Onlar heç vaxt idman zalına getmədilər və bəziləri siqaret çəkirdi. Əvvəllər bəzi maşınlar yarışı bitirə bilmirdi və ötürmələr qutusunda problem olduğunu deyirdilər. Yarışı bitirəcək qədər güclü deyildilər. Bolidi saxlamaq üçün hər hansı bir ötürməyə keçirdilər. Çünki idmançı deyildilər. Hazırkı dövrdə güclü sürücülər var. Buna görə də qəzalar olmur. Bu, yaxşı hal olsa da, şou cəhətdən pisdir. Hazırda startda da qəzalar olmur. Çünki sürücülər bu vəziyyətə yaxşı nəzarət edirlər. Hazırkı sürücülərin səviyyələri çox yüksəkdir. Bəlkə də, Formula1 tarixinin ən yüksək səviyyəli sürücüləridirlər və belə davam edilməlidir. Onlar təkcə Formula1-də yox, digər idman növlərində də güclüdürlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*