F.Tost: Yuki 2025-də Red Bull-a keçə bilər

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Yuki Tsunoda 2025-ci ildə Red Bull-a keçə bilər.

F-1.az xatırladır ki, yaponiyalı sürücü F1-də 2021-ci ildə AlphaTauri ilə debüt edib. Lakin o, hələ də gözləntiləri qarşılaya bilmir. Lakin 22 yaşlı pilot 2023-cü il mövsümünə pis başlamayıb və Səudiyyə Ərəbistanındakı yarışdan xalla ayrılıb.

Frants Tost: “Yuku çox güclü yarışlar göstərdi. Buna görə də xoşbəxtəm. Bolidimizin zəif olmasının səbəbkarı o deyil.

Bildiyim qədər Peresin Red Bull-la hələ ikiillik müqaviləsi var. Yuki onu əvəzləyə bilər. İnkişaf edir. 2025-ci ilə qədər hazır olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*