P.Qasli: Tsunoda dözümlülüyü artırmalıdır

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, komanda yoldaşı Yuki Tsunoda etibarlılıq üzərində işləməlidir.

F-1.az xatırladır ki, yaponiyalı sürücü keçən il AlphaTauri ilə idmanda debüt etmiş və gözləntiləri qarşılaya bilməmişdi.

O sonradan bildirmişdi ki, keçən il fiziki cəhətdən çox zəif olub və bu il yeni məşq proqramı ilə daha güclü olub.

Pyer Qasli: “Yuki yaxşı oğlandır. Yaxşı zarafat anlayışı var və açıqsözlüdür. Onunla komanda yoldaşı olmaqdan həzz aldım. Bu dövr ərzində Yuki performansını inkişaf etdirdi və şəxsiyyət olaraq da təkmilləşdi. Onun komanda lideri olub-olmayacağını isə zamanla görəcəyik.

Gələn il daha güclü olsa, təəccüblənmərəm. Yuki bilir nə etmək lazımdır. Etibarlılıq və soyuqqanlılıq cəhətdən inkişaf etməlidir. Lakin ətrafında təcrübəli adamlar çoxdur. Onun inkişafına kömək edəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*