Y.Tsunoda: Yarışlardan həzz almağa çalışıram

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, artıq hər yarışdan həzz almağa çalışır.

F-1.az xatırladır ki, yaponiyalı sürücü Formula1-də 2021-ci ildə debüt edib və əvvəl vaxtı çox qeyri-stabil çıxışı və qəzaları ilə yadda qalıb. 23 yaşlı daha sonra komandasına yaxın olmaq üçün İtaliyaya köçmüşdü. Bu hal ona kömək etdi və Yuki keçən il daha yaxşı performans göstərməyə başladı.

Yuki Tsunoda: “Sözün açığı, bütün gücümü ortaya qoyurdum, amma keçən il Azərbaycan-Yaponiya yarışları arasında diqqətim çox yayınırdı, çünki müqaviləm yox idi. O dövrlər Formula1-dən həzz ala bilmirdim. Sanki müqavilə üçün yarışırdım və bu belə olmamalıdır.

Mövsümün ilk yarısında daha yaxşı nəticələr qazananda işdən həzz alırdım. Bu ən vacib şeydir. Bunu düşünmək istəməzsiniz. Müqavilə üçün yarışmıram. Ən yaxşı performansımı göstərmək üçün yarışıram, çünki buradayam. Hələ də ən yaxşı sürücülərdən biri olduğuma inanıram və bunu göstərmək, nəticələrə əks etdirmək istəyirəm.

Hazırda əvvəlki illərdən daha çox həzz alıram. Əslində yarışmaq və Formula1 mənim üçün vacibdir. İki il əvvəl bunu indiki kimi hiss etmirdim. Keçən il hər yarış daha yaxşısını edəcəyimi hiss edirdim. Sıralanma turunda belə daha yaxşı hiss edirdim. Xüsusən də, üçüncü mövsümünzdə hər şey ola bilər. Belə davam etsəniz, yerinizi itirə bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*