Rəsmən: Toro Rosso gələn il heyətini dəyişməyəcək

Toro Rosso komandası gələn il Pyer Qasli və Daniil Kvyat cütü ilə mübarizə aparacaq.

F-1.az xatırladır ki, “qırmızı buzovlar” mövsümə Kvyat və Elbon cütü ilə başlasalar da, Pyer Qasli yay fasiləsində tailandlı sürücünü əvəz etmişdi. İtaliya təmsilçisi gələn il də bu heyətlə yarışmağa davm edəcək.

Daniil Kvyat: “Çox xoşbəxtəm, çünki burada özümü yaxşı hiss edirəm. Komandanı tanıyıram və onlar da məni tanıyırlar. Buna görə də bir-birimizi asanlıqla başa düşürük. Bu il Almaniyada podiuma yüksələ bildik. Buna görə gələn il də güclü mövsüm keçirəcəyimizə inanıram. Gələn il ən yaxşı performansımı göstərmək üçün əlimdən gələni edəcəm. Səbirsizlənirəm”.

Pyer Qasli: “2020-ci ildə komandada qalacağam və çox xoşbəxtəm. Toro Rosso mənə həmişə fürsət verdi və gələn il də yaxşı nəticələr qazanmaq üçün motivasiyalıyam. Toro Rosso inkişaf edir və bu komandanın bir hissəsi olmaq çox gözəldir”.

Frants Tost: “Pyer və Daniil komandada qaldıqları üçün xoşbəxtəm. Hər ikisi də bu mövsüm əla yarışdılar. Boliddən maksimumu çıxardılar və inkişaf üçün dəyərli geribildirimlər verdilər. Ümid edirəm ki, bu gənc və təcrübəli sürücülər gələn il daha güclü bolidlə gözəl mövsüm keçirərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*