F.Tost: Rikkardo AlphaTauri-yə dönə bilər

Cümə günü keçirilən mətbuat konfransında AlphaTauri-nin rəhbəri bildirib ki, Nik de Vrisi əvəzləmək lazım olarsa, Daniel Rikkardo komandaya qayıda bilər.

F-1.az xatırladır ki, niderlandlı sürücünün nəticələri Red Bull rəhbərliyini qane etmir və onun hətta mövsümün ortasında əvəzlənə biləcəyi danışılır.

Frants Tost: “Yanaşma olduqca sadədir – hər şeyi nəticələr həll edir. Komandamızın vəzifəsi gənc sürücülər yetişdirməkdir, lakin indi gənclər arasında hazır namizədlər yoxdur. Onlar meydana çıxacaqlar, İvasa və Həcər gənclər seriyasında əla çıxış edirlər, lakin Formula1-də debüt etmək üçün hələ tezdir. Əminəm ki, bir gün onlar bizim komandada olacaqlar, amma indi fərqli bir həllə ehtiyacımız ola bilər. Bu məsələ hələ müzakirə olunmayıb.

Bütün F1 sürücüləri təzyiq altında yarışırlar. Görək de Vris burada və Silverstounda necə çıxış edəcək – onun yaxşı bildiyi traslarda. Unutmamalıyıq ki, yeni başlayanlar üçün asan deyil. Mövsümün ilk yarısındakı əksər traslarda daha əvvəl yarışmayıblar. Onlar əvvəllər heç vaxt Melburnda, Səudiyyə Ərəbistanında və ya Mayamidə yarışmayıblar. Amma qabaqda onlara tanış olan traslarda – Avstriyada, Silverstounda, Spada, Budapeştdə, Montsada mübarizə aparacaqlar. Bu, onlara inamlı hiss etməyə kömək edəcək.

De Vria bu mövsümün sonuna qədər komandada qalacaqmı? Bu, yalnız ondan asılıdır. Yaxşı çıxış edirsə, niyə onu dəyişməliyik?”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*