N.de Friz: İtaliya mənim üçün vacibdir

AlphaTauri komandasının sürücüsü Nik de Friz bildirib ki, İtaliyanın onun inkiafında böyük rolu var.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il İtaliya komandası olan AlphaTauri ilə idmanda ilk tam mövsümünü keçirəcək.

Nik de Friz: “Kartinq İtaliyada çox inkişaf edib, çünki bir çox kart istehsalçıları burada yerləşir. Nəticədə beynəlxalq səviyyədə kartinqlə məşğul olmağa başlayanda İtaliyadakı yarışlarda çox vaxt keçirdim. Yekunda italyan dilini də öyrəndim. AlphaTauri-yə keçid isə mənim biliklərimi təkmilləşdirməyə kömək etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*