D.Kvyat: Səhv vaxtda yarışıram

AlphaTauri komandasının sürücüsü Daniil Kvyat bildirib ki, İmolada cəsarətli sürdüyü üçün dördüncü olub.

F-1.az xatırladır ki, rusiyalı sürücü yarışa 8-ci yerdən başlasa da, yarışın sonlarında təhlükəsizlik maşını rejiminin bitməsi ilə əvvəl Elbonla Peresi, daha sonra isə Lekleri keçərək, yarışı 4-cü yerdə bitirib.

Daniil Kvyat: “Doğrudan da gözəl yarış idi və yaxşı nəticə qazandıq. Podiuma da yaxın idik. Restartdan sonra əla hücumlar etdim. Daniel təkərlərini qızdırmışdı. Bəli, çətin idi, amma cəsarətli yarışmalı idim.

Təhlükəsiz maşını rejimindən sonra “tam vaxtıdır” dedim. Özümə inanırdım. Köhnə tərz trasları sevirəm. Bəlkə də, mən səhv dövrdə yarışan adamam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*