F.Tost: “Kvyat Formula1-də olmalıdır”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Daniil Kvyat Formula1-də yarışmağa layiqdir.

F-1.az xatırladır ki, rusiyalı sürücü ABŞ Qran Prisindən sonra Red Bull-dan qovulmuşdu.

Frants Tost: “Daniilin hələ də sürətli olduğunu düşünürəm. Red Bull-da yarışarkən bəzən Rikkardodan belə sürətli idi. Çox sayda qəza etsə də, etibarlılıq problemləri də ona təsir etdi. Xal ala biləcəyi yarışları buna görə vaxtından əvvəl dayandırdı. Belə olan halda psixoloji cəhətdən çökdü və performansı azaldı. Bəlkə də, qısa fasilə ona yaxşı təsir edəcək. Özünə gəlsə, yenidən yaxşı yarışa bilər. Onu itirməməliyik. Ümid edirəm ki, Formula1-ə qayıdar və onu yenidən Formula1-də görərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*