D.Kvyat: “Mənə heç bir səbəb deyilməyib”

Daniil Kvyat FİA-nın cümə axşamı rəsmi mətbuat konfransında mətbuat nümayəndələrinin suallarını cavablayıb.

F-1.az xatırladır ki, Kvyat əvvəlki yarışda etdiyi səhvə görə Red Bull tərəfindən Toro Rosso komandasına göndərilmişdi.

Rusiyalı sürücü İspaniyada mətbuat konfransında bildirib ki, komandadan göndərilməsinin səbəbini hələ də bilmir: “Mənə hər hansı bir açıqlama verilmədi. Əgər rəhbərlər bir şeyin olmasını istəyirlərsə, bu olar. Bu qədər sadədir”.

Kvyat bildirib ki, televizorda “Taxt Oyunu” serialını izlərkən, Red Bull-un qərarını öyrənib: “Moskvada idim və divanda uzanıb seriala baxırdım. Sonra mənə zəng gəldi və “Salam, sənə bir xəbərim var” dedilər.

Danışıq 20 dəqiqə davam etdi və bir açıqlama vermək istədim. Detalları bilməli idim, amma hələki bu barədə heç nə deməyəcəm.

Telefonda danışan Helmut Marko idi. Danışıq bitdikdən sonra seriala baxmağa davam etdim. Bu qədər”.

Marko bildirmişdi ki, Kvyat Rikkardonun təzyiqlərinə tab gətirə bilməyib. Kvyat bu barədə danışıb: “Təzyiq? Təzyiq barədə danışsaq, onu deyə bilərəm ki, 7 ildir ki, Red Bull-un tərkibindəyəm və bunu böyük problem kimi görmürəm.

Ətrafımdakı digər insanlar da təzyiq altındadılar. Buna görə də bunun böyük bir açıqlama olduğunu zənn etmirəm”.

Rusiyalı sürücü Toro Rosso-ya qayıtdığı üçün məyus olsa da, bunu özünü göstərmək üçün əla fürsət kimi dəyərləndirir: “Sözün açığı. qərar barədə düşünəndə, bunun reallaşması məni sarsıdır. Mən tənqidlərə həmişə trasda cavab verdim və bunu dəyiştirmək üçün heç bir səbəb görmürəm.

Bu komandanı (Toro Rosso) çox sevirəm. Məni istiqanlılıqla qarşıladılar. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və komandanın yaxşı hədəflərinin olduğunu düşünürəm. Bu hədəflər üçün əlimdən gələni edəcəm və cavabımı verəcəm.

Düşünürəm ki, bu yaxşı haldır. Komandam (Red Bull) üçün hər şeyi etdim. Xal qazandım, inkişafı üçün işlədim və bir yerdə yaxşı günlər keçirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*