M.Ferstappen: Ovlanmağı gözləyirdim

Red Bull komandasının sürücü Maks Ferstappen bildirib ki, Həmilton ikinci pitə girdikdən sonra onun gəlib ötməsini gözləməkdən başqa şansları olmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın startında liderliyi ələ keçirsə də, sona 5 dövrə qalmış Lyuis Həmilton onu keçərək, yerini bərpa edə bilib. Lakin bunun günahkarı Ferstappen deyildi. Mercedes komandası yeddiqat Dünya Çempionunu ikinci dəfə pitə çağıraraq, üstünlük qazanıblar. Həmilton da bu üstünlüyü növbəti dəfə qələbəyə çevirib.

Maks Ferstappen: “Bunun baş verəcəyini bilirdim. Soft təkərlərlə məndən daha sürətli idi. Daha sonra Medium təkərlərə keçdik və yenə də performansı yaxşı idi. Fərqi 1 saniyənin altında saxlaya bildi. Buna görə də əlimdən heç nə gəlmirdi. Bilirdim ki, hər şey bitib, çünki təkərlərlə gedə bilmirdim. O isə fərqi bağlayırdı. Ovlanmağı gözləyirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*