K.Horner: “D.Kvyat özünə gəldi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Bəhreyndə göstərdiyi performansdan sonra Daniil Kvyatın özünə olan inamı artıb.

F-1.az xatırladır ki, rusiyalı sürücü sıralanma turunda 15-ci yeri tutmuşdu, amma yarışı 7-ci yerdə bitirə bilmişdi.

Daniil Kvyat: “Düzünü desəm, karyeramda hələ belə halla rastlaşmamışdım.

Bütün həftəsonu boliddən razı idim, amma sıralanma turunda yox olduq. Bu məyusedici haldır”.

Daniil Kvyat yarışda 7-ci yeri tutdu və Kristian Horner hesab edir ki, Kvyatın əhvalı artıq yerinə gəlib: “Məncə, bu yarış onda özünə inamı artıracaq. Bütün yarışı mübarizə apararaq keçirtdi, ona görə də onun yaxşı vəziyyətdə olduğunu düşünürəm”.

Red Bull komandası bu həftə Kvyatın bolidini analiz edəcək və sıralanma turundakı problemi tapmağa çalışacaq.

Amma Horner düşünür ki, problemin səbəbi təkərlərin isinməsi ilə bağlıdır. Kvyat üçüncü sərbəst yürüşlərdəki isti havadan sonra, sıralanma turu vaxtı soyuyan havaya öyrəşə bilmir.

Kristian Horner: “Bütün həftə bunun üzərində işləməliyik. Problemin təkərlərlə bağlı olduğuna 90 faiz əminəm. Təkərlər çox qıza bilər və ya çox soyuya bilər. Təkərlər çox həssasdırlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*