21 Sentyabr 2019, Şənbə - 13:10

T.Volff Ferstappenə zəng etdiyi üçün peşman deyil

T.Volff Ferstappenə zəng etdiyi üçün peşman deyil

Müəllif: Rauf Hacıyev, redaktor

10:25 - 13 Noyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Voff Braziliya yarışından əvvəl Maks Ferstappenin atası Yos Ferstappenə zəng etdiyi üçün peşman deyil.

F-1.az xatırladır ki, Volffun Yosa zəng etməsi Red Bull komandası tərəfindən birmənalı qarşılanmamışdı. Kristian Horner Volffun bu hərəkətini özündən razılıq və saflıq kimi dəyərləndirmişdi.

Toto Volff
: “Sizə nə dediyimi söyləyəcəm: O mükəmməl sürücüdür və inanılmaz istedadı var. Şəxsiyyət kimi də yeni birisidir. Təbii və təsiredici. Red Bull olmasa, onun ən böyük azarkeşlərindənəm.

Mənim ondan istəyəcəyim son şey odur ki, o, stilini dəyişdirsin. Bu, Formula1 üçün çox vacibdir. Mən ondan yoldan çəkilməsini istəmədim. Rosberq və Həmilton da bunu istəməz. Mən ona bunu deyə bilmərəm. Biz iki yarış həvəskarı kimi xüsusi söhbətlər etdik və bu hal ictimaiyyətə yayıldı.

Yos ilə iki şey barədə danışdım: Birincisi, mətbuatda onun sürüşü ilə bağlı mənfi fikirlər səslənir. Mən dedim ki, onlar düz etmir. Mən Yosa dedim ki, bunu yoluna qoyun. Çünki mənim Yosa və Maksa simpatiyam var. Başqa bir şey yoxdur.

İkincisi isə, mən ona dedim ki, əgər Maks Həmilton və ya Rosberqlə təmas yaşasa, mətbuat onu daha çox sıxışdıracaq və bunun qarşısını almaq mümkündür dedim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 052
Teqlər , , , , ,
Paylaş

logo