P.Qasli: Ferrari sürət gizlədir

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Ferrari qış testlərində sürət gizlədib.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il bərbad mövsüm keçirmiş və yekunda 6-cı yeri tutmuşdular. Lakin İtaliya təmsilçisi keçən il zəif olduğu yönlərin üzərində işləyiblər. Keçən mövsüm düzlüklərdə zəif olan komanda bu il problemi aradan qaldırıb. Bundan başqa bolidin arxa tərəfindəki balans problemi də həll olunub.

Pyer Qasli: “Məncə, Ferrari nəsə gizlədir və tam potensialını göstərmir. Keçən ilə nisbətən təkmilləşiblər. Testlərdən sonra Şarl ilə bir az danışdıq və mesajlaşdıq. Ondan vəziyyəti öyrənməyə çalışdım. Mənə elə gəlir ki, tempimiz yaxındır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*