J.Vilnöv: “Qasli qovulacaq”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Red Bull mövsümün ortasında Pyer Qaslini əvəzləyə bilər.

F-1.az xatırladır ki, fransalı sürücü mövsümün ilk iki yarışında cəmi 6 xal toplaya bilib. 22 yaşlı sürücü boliddə özünü rahat hiss etmədiyini deyib. Bəzi şayiələrə əsasən, komanda onun əvəzinə sabiq sürücüsü Kvyatı gətirə bilər.

Jak Vilnöv: “Qasli belə davam eləsə, Toro Rosso-ya qayıtması təəccüblü olmaz. Keçmişdə də bəzi sürücülər Toro Rosso-dan Red Bull-a keçərkən problem yaşayıblar. İnsanlar bunu ciddiyə almırlar. Bu, bir sürücünün F2-dən F1-ə keçməsi kimidir. Bəzi sürücülər belə halda daha tez adaptasiya olurlar. Qaslinin bu il çox şansı yoxdur. Marko fikrini 5 dəqiqədə dəyişə bilən adamdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*