M.Ferstappen: Həm bəxtəvərik, həm bəxtsiz

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, həm bəxtəvərdilər, həm də bəxtsizdirlər.

F-1.az xatırladır ki, Britaniya yarışının son dövrələrində Həmiltonun, Bottasın və Saynsın təkərləri partlayıb. Bottas və Sayns xalsız qalsalar da, son döngələrdə təkəri partlayan Həmilton finişə çataraq, karyerasının 87-ci qələbəsini qazanıb.

Sürətli dövrə üçün pitə girib yeni təkərə keçən Maks Ferstappen isə məhz bu həmləsinə görə qələbəni əldən verib.

Maks Ferstappen
: “Həm bəxtəvərik, həm də bəxtsiz. Mercedes-lər çox sürətli idi. Son 10 dövrədə təkərlər pis gündə idi və bunu komandaya dedim. Daha sonra Valtterinin təkəri partladı və mən radiodan yavaşlayacağımı dedim və ondan sonra sürətli dövrə üçün məni pitə çağırdılar. Heyif ki, son dövrədə Həmiltonun da təkəri partladı.

Buna baxmayaraq, ikinci yerdən razıyam. Bizimçün yaxşı nəticə oldu. Yarışda çox tək idim. Sadəcə təkərlərə nəzarət edirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*