N.Rosberq hələ uzun illər Mercedes-də qalmaq istəyir

Alman sürücünün komanda ilə olan müqaviləsi ilin sonunda yekunlaşır və tərəflər hələ də yeni müqavilə üçün masa arxasında oturmayıblar.

F-1.az xəbər verir ki, Kimi Rəykkönenin yerinə Ferrari-yə keçəcəyi iddia olunan Niko Rosberq heç bir yerə getmədiyini, diqqətini ancaq və ancaq çempionata yönəltdiyini bildirib.

Niko Rosberq: “Transfer mövzusu barədə düşünmürəm. Bundan əvvəl də düşünmürdüm. Mən Mercedes-də xoşbəxtəm, onlar da mənimlə işləməkdən razıdırlar. Burada hələ uzun müddət qalacağıma əminəm”.

Mövsümün ilk 4 yarışında qalib gələn Rosberq İspaniyada ilk dövrədəki qəzaya görə mübarizəni dayandırmış, Monakoda isə yarışı 7-ci yerdə bitirmişdi. O, Kanada Qran Prisində yenidən zirvəyə qayıdacağını deyir: “Yaxşı olmayan hadisələr baş verdi. Bundan sonra da olacaq. Mübarizə belədir, enişli-yoxuşlu yollardan keçir. Mən də enişin olacağını bilirdim. Çünki bütün yarışlarda qalib gəlmək mümkün deyil. Barselonadakı yarışdan sonra çətinlik çəkdik. Amma o çətinlikləri də geridə qoyduq. Monrealda qalib gəlmək üçün mübarizə aparacam”.

 

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*