F.Tost: Əsl Ferstappeni görməmişik

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, hələ əsl Ferstappeni görməyiblər.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu mövsüm 8 qələbə qazanıb və ən yaxın rəqibi Lekleri 80 xal qabaqlayır.

Frants Tost: “Onu Toro rosso-ya gətirəndə 17 yaşı var idi və sürücülük vəsiqəsi belə almamışdı. Buna görə çox tənqid olunduq. Birinci dəfə trasa Suzukada çıxmışdı və o çətin trasda əla işləmişdi. Formula1-in yüksək sürətli bolidində problem yaşamadı və hər şeyi nəzarətdə saxladı.

İlk yarışlarında aqressiv idi. Məsələn, 2015-ci ildə Monakoda Qrojanla qəza etmişdi. Hazırda yüksək səviyyədə çıxış edir və onun ən yaxşı halını görməmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*