15 Dekabr 2019, Bazar - 17:01

C.Ki martın 25-dən McLaren-də işləməyə başlayacaq

C.Ki martın 25-dən McLaren-də işləməyə başlayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

14:22 - 23 Fevral, 2019

Toro Rosso komandası sabiq texniki direktoru Ceyms Kiyə martın 25-dən etibarən McLaren-də işləməyə icazə verib.

F-1.az bildirir ki, britaniyalı mütəxəssis martın 23-də Toro Rosso komandasından ayrılacaq və martın 25-dən McLaren-də işləməyə başlayacaq. Keçid Avstraliya-Bəhreyn yarışları arasında reallaşacaq. Toro Rosso komandasında texniki direktor vəzifəsinə Codi Eqqinton gətiriləcək.

Xatırladaq ki, McLaren keçən il Ceyms Ki ilə razılaşdıqdan sonra Britaniya komandası ilə Red Bull arasında mübahisə düşmüşdü. Toro Rosso ilə çoxillik müqaviləsi olan Kinin sərbəst buraxılma şərtlərinə əməl olunmalı idi. Ancaq bəzi problemlər yaşanıb. Hətta şaiyələrə görə italyan təmsilçisi McLaren-dən gənc Lando Norrisi istəyib. Lakin britaniyalılar gənc sürücünü heç bir yerə buraxmayaraq 2019-cu ildə yarışdırmağa qərar veriblər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 301
Teqlər , ,
Paylaş

logo