L.Norris: Yarış üçün səbirsizlənirəm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yaxşı nəticə qazanmaq üçün çox işləməlidirlər.

F-1.az xatırladır ki, McLaren komandası qış testlərində gözlənilən nəticəni göstərə bilməyiblər.

Lando Norris: “Axır ki, yarış həftəsi gəldi. MCL60-ı sürmək üçün səbirsizlənirəm. Formula1-də beşinci mövsümə başlasam da, trasa çıxmaq üçün həmişə səbirsizlənirəm. Testlərdə bəzi problemlər yaşadıq, ancaq inkişaf etmək üçün işləməliyik.

Testlərdə bolid barədə çox şey öyrəndik və bəzi sazlanmalar etdik. MCL60-ın üzərində əziyyət çəkən hər kəsə təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*