Ferstappen və Red Bull komandası Laureus mükafatına namizəddirlər

Maks Ferstappen və Red Bull komandası ilin yekunlarına görə ən yaxşı idmançılara və komandalara verilən nüfuzlu Laureus World Sports Awards mükafatına namizəd irəli sürülüblər.

F-1.az xəbər verir ki, üçqat dünya çempionu “2023-cü ilin ən yaxşı idmançısı” adı uğrunda futbolçular Lionel Messi və Erlinq Holand, tennisçi Novak Cokoviç və yüngül atletlər Armand Duplantis və Noa Layls ilə mübarizə aparacaq.

Red Bull-un “2023-cü ilin ən yaxşı komandası” kateqoriyasındakı rəqibləri “Manchester City” Futbol Klubu, İspaniyanın qadınlardan ibarət milli futbol komandası, Almaniyanın kişi basketbol komandası, Avropa qolf komandası və Cənubi Afrikanın kişilərdən ibarət reqbi komandası olacaq.

Mükafatın qalibləri aprelin 22-də Madriddə elan olunacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*