Rəsmən: Red Bull və Honda tərəfdaşlığı 2025-ci ilə qədər davam edəcək

Red Bull komandası Honda ilə olan tərəfdaşlığını 2025-ci ilə qədər uzadıb.

F-1.az xatırladır ki, Honda 2021-ci ilin sonunda idmandan getmişdi. Bundan sonra Red Bull öz mühərrik şöbəsi olan Red Bull Powertrains-i qurmuşdu.

Lakin yaponiyalı motor istehsalçısı idmandan getsə də, Red Bull-a texniki dəstək verir və Avstriya komandasında işlər əla gedir. Buna görə də tərəflər müqaviləni 2025-ci ilə qədər uzadıblar.

2026-cı ildə yeni mühərrik reqlamentinə keçilməsi və Red Bull-un Porsche ilə müqavilə bağlaması gözlənilir.

Helmut Marko: “Honda ilə tərəfdaşlığımızı 2025-ci ilin sonuna qədər davam etdirdiyimi üçün sevincliyəm. İndiyə kimi əla münasibətimiz olub və 2021-ci ildə Sürücülər Çempionatını qazandıq. Bu il də liderliyimizi qorumaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*