Frederik Vassyör: Kartları açmağın vaxtıdır

Bəhreyndə mövsümün ilk mərhələsi başlamazdan əvvəl Ferrari-nin başçısı Frederik Vassyör bildirib ki, komanda ilk mövqelər uğrunda mübarizə aparmağa hazırdır.

F-1.az xatırladır ki, keçən il komanda Red Bull-a qarşı müqavimət göstərə bilməmiş və sonda Mercedes-i də irəli buraxmalı olmuşdu…

Frederik Vassyör: “Testlərdə SF-24 yeddi yarış məsafəsi qət etdi. Bütün komandalar öz proqramlarına uyğun işləyirdilər, amma indi kartları açmağın vaxtıdır. Cümə axşamı məşqindən başlayaraq, qüvvələr nisbətini getdikcə daha yaxşı anlayacağıq, işimizin və rəqiblərimizin işlərinin nəticəsini görəcəyik.

Şarl və Karlos SF-24-ün sükanı arxasında özlərini rahat hiss edirlər – biz bolid hazırlayarkən məhz buna çalışırdıq. Bəzi çətin rəqiblərlə qarşılaşacağıq və mən istəyirəm ki, komanda ötən mövsümün sonundakı kimi yanaşmasını davam etdirsin.

Mövsümün gedişində qərar verməkdən qorxmamalıyıq, əmin olmalıyıq ki, verəcəyimiz qərar ümumi işin xeyrinə olacaq. Yeni maşın rəqabətədavamlı görünür, Şarl və Karlos əla formadadırlar, komandada əhvali-ruhiyyə əladır. Hər kəs son dərəcə diqqətlidir və yaxşı nəticə əldə etmək əzmindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*