F.Vassyör Erikssona görə sevinir

Sauber komandasının rəhbəri Frederik Vassyör sürücüsü Leklerin birinci dövrədə mübarizəni dayandırmasına məyus olsa da, Erikssonun xal almasına görə sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışının startında Alonsoya arxadan çırpılıb və nəticədə havaya qalxan ispaniyalı sürücü Şarl Leklerə çırpılıb. Bu qəzaya görə Rikkardo da arxadan Rəykkönenə çırpılıb. Yekunda 5 sürücünün hamısı mübarizəni dayandırıb.

Frederik Vassyör: “Şarl üçün qısa yarış oldu. 200 metrdən sonra hər şey bitmişdi. Markus üçün işlər qaydasında idi. Sıralanma turunda bir az vaxt itirmişdik. Lakin itirilən xalları gələn həftə kompensə etməyə çalışacağıq. Ümid edirəm ki, gələn həftə yaxşı nəticə qazanarıq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*