F.Vassyör: Geridönüş edə bilərik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, hədəfləri geridönüş etməkdir.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Ferrari üçün kabus kimi keçib. “Qırmızılar” yarışı bir sürücü ilə bitirib. Yarışda qalan Karlos Sayns isə lider Ferstappendən 48 saniyə yavaş olub.

Frederik Vassyör: “Mövsümə mübarizədən kənar qalaraq başlamaq yaxşı hal deyil. Finişə çatmağı çox istəyərdik.

Testdən əvvəl demişdim ki, mövsüm Bəhreyndə bitməyəcək. Burada da eynisini deyirəm. İndi isə harada zəif olduğumuzu araşdırıb, bunun üzərində işləməliyik. Beləliklə, geridönüş edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*