K.Rəykkönen: “Keçən ildən dərs çıxardıq”

Testlərin iki günündə trasa çıxan və hər iki gündə də birinci yeri tutan Kimi Rəykkönen bildirib ki, Ferrari qışda yaxşı işləyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin son günündə 93 dövrə vurub və 1:20.872-lik nəticə ilə birinci yeri tutub.

Kimi Rəykkönen: “Yeni bir ilə, yeni reqlamentə və yeni bolidlərə sahibik. Bu fərqləri bolidə mindiyim ilk dəqiqədən hiss edirəm. Daha sürətliyik və bolidin asfaltla ilişməsi daha yaxşıdır. Komanda qışda yaxşı işlədi. Ən yaxşı olub-olmadığımızı bilmirəm. Bunun üçün ilk yarışı gözləmək lazımdır. Testlərdə komandalar tam gücü ilə işləməyə bilərlər. Buna görə də dövrəvi nəticələrə baxmıram. Keçən ildən çox dərs çıxartdıq. Melburndakı yarışa qədər çox iş görməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*