E.İrvayn: “Fettel Ferrari-yə zərər verir”

Sabiq Formula1 sürücüsü Eddi İrvayn bildirib ki, Sebastyan Fettel həddən artıq şişirilən sürücüdür.

F-1.az xatırladır ki, almaniyalı sürücü hazırda gənc komanda yoldaşı Leklerdən 19 xal geri qalır. Bundan başqa dördqat Dünya Çempionu tez-tez etdiyi uşaq səhvlərinə görə tənqid atəşinə tutulub.

Eddi İrvayn
: “Mövsümün əvvəlində Fetteli tənqid edəndə hamı məni qınayırdı. Leklerin onu məğlub edə biləcəyini demişdim, çünki Fettel dördqat Dünya Çempionu dəyərində deyil. Çox yaxşı pilot olsa da, səhvlər edir və elə də sürətli deyil. Bu il onun sürətli olmadığı isbatlandı. Rikkardo ilə komanda yoldaşı olanda da belə uduzmuşdu. Fettel Ferrari ilə yaxşı müqavilə imzaladı. İtalyanlar onu transfer edəndə təəccüblənmişdim. Çünki məhvolmağa başlayırdı.

Ferrari Fettelə fokuslanmalıdır. Bu mövsüm dördqat Dünya Çempionudur deyə Fetteli qurban vermədilər və buna görə də əksər yarışlarda uduzdular.

Mattia Binottonu yaxşı tanıyıram. O, mənim mühəndisim olub və çox ağıllıdır. Çox sakitdir və bu problemi həll etməlidir. Çünki Fettel hazırda komandaya ziyan verir. Lakin Bottas nə Həmiltona nə də Mercedes-ə ziyan vermir. Hazırda Həmiltonla ancaq Lekler mübarizə apara bilər. Fettel yaxın mübarizədə həmişə uduzur. Həmilton təkər-təkərə mübarizələrdə Sebastyanı məhv edir. Lekler isə Montsada Həmiltona qarşı gözəl müdafiə olundu. Məncə, etdiyi hərəkət leqal deyildi, ancaq onu o qədər gözəl etdi ki, cəza verə bilmədilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*