13 Dekabr 2018, Cümə axşamı - 03:26

K.Rəykkönen narahatdır

K.Rəykkönen narahatdır

Müəllif: Rauf Hacıyev, redaktor

18:40 - 14 Aprel, 2016

Kimi Rəykkönen ilk yarışlardan sonra Ferrari-nin sürətindən razı olsa da, etibarlılıq mövzusunda eyni şeyləri düşünmür.

F-1.az xatırladır ki, Kimi Rəykkönen mövsümün ilk yarışında turbin problemi, Sebastyan Fettel isə Bəhreyndə  klapan problemi yaşamışdı və hər iki sürücü yarışı vaxtından əvvəl dayandırmalı olmuşdu.

Komandanın bu vəziyyəti Kimi Rəykköneni narahat edir və finlandiyalı sürücü bildirib ki, komanda etibarlılıq problemlərini həll etmək üçün işləməlidir: “Qışda gördüyümüz işlər barədə müsbət şeylər düşünürük.

İlk iki yarış bizim üçün yaxşı keçmədi. İki dəfə podiuma çıxsaq da, xal ala bilməmək və yarışı vaxtından əvvəl dayandırmaq arzu olunan hal deyil.

Etibarlılıq sahəsində işləməliyik, amma bolidin sürəti yaxşıdır. Bunu sıralanma turu nəticələrimizdən görə bilərsiniz”.

Rəykkönen bildirib ki, komanda hələ də istədiyi yerdə deyil: “Bizim paketimiz yaxşıdır. Sadəcə paketi inkişaf etdirmək lazımdır.

Bolid bütün sahələrdə inkişaf etdi. Bolid yenidir və onu komanda daha yaxşı vəziyyətə gətirdi.

Amma hələ də istədiyimiz səviyyədə deyil, amma bolid çox yaxşıdır və bolidi təkmilləşdirə bilərik.

Mən də bolidin daha yaxşı və sürətli olmasını istəyirəm. Biz inkişaf etmək və daha güclü olmaq üçün işləyəcəyik. Həmişə təkmilləşməli sahələr var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 379
Teqlər , ,
Paylaş

logo