12 Noyabr 2019, Çərşənbə axşamı - 19:53

Ferrari komandası S.Fettellə müqaviləni uzatmağa tələsmir

Ferrari komandası S.Fettellə müqaviləni uzatmağa tələsmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:11 - 16 Fevral, 2017

Bu ilin sonunda Sebastyan Fettelin italyanlarla müqaviləsi başa çatır, Skuderiyanın mətbuat xidmətinin rəhbəri Alberto Antonini F-1.az-a bildirib ki, müqavilənin uzadılması hələlik gündəmdə olan məsələlərdən deyil…

Alberto Antonini: “Hazırda bu mövzu müzakirə obyekti deyil. Biz Sebastyana qələbə qazanmağa imkan verəcək maşın hazırlamalıyıq, amma Sebastyan da çalışmalıdır.

Ferrari – heyətində iki dünya çempionu çıxış edən yeganə komandadır, bir yerdə onlar 5 titul qazanıblar. Əlbəttə, biz əminik ki, onlar mövsümün gedişində əllərindən gələni edəcəklər. Biz gözləyirik ki, bizim hər iki sürücümüz komandanın bütün əməkdaşları kimi maksimum çalışacaq.

Hazırda gözləntilər barədə danışmaq yersiz olardı. Reqlament dəyişib, maşınlar tam fərqli olacaqlar. Biz öz imkanlarımızı bilirik, hazırladığımız maşını bilirik. Komanda hər gün 24 saat işləyir, stenddə aldığımız nəticələr gözləntilərimizə uyğundur, amma Barselonadakı testləri gözləmək lazımdır ki, bizim formamızı rəqiblərimizlə müqayisə edə bilək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 332
Teqlər , ,
Paylaş

logo