Necə işləyir: Formula1 bolidində sürücü oturacağı

Mercedes-in bu il azarkeşlər üçün hazırladığı “Necə işləyir” rubrikasının növbəti buraxılışında söhbət oturacaq kimi mühüm elementin necə yaradıldığı və onun hər bir sürücü üçün necə fərdiləşdirilməsindən söhbət gedəcək.

F-1.az xəbər verir ki, komanda ilə simulyatorda işləyən pilot kimi əməkdaşlıq edən Əntoni Devidson maşının yığılmasına cavabdeh olan komandanın baş texniki Kris Middltonla birlikdə bu məsələni araşdırıb.

Əntoni Devidson: Şübhəsiz ki, oturacaq sürücünün rahatlığının asılı olduğu ən vacib elementdir. Ancaq onu görmək o qədər də asan deyil, çünki o, maşının içərisindədir, sanki baramadadır.

Kris Middlton: Oturacağın yaradılması prosesi kifayət qədər uzundur, lakin avtomobilin içərisində nəyisə görmək həqiqətən çətindir və bunu iş stolunda, dzəgahda, stenddə etmək daha yaxşıdır.

Əntoni Devidson: Deyəsən, bu mənim maşınımın oturacağıdır? Budur, mənim şəxsi əlavə cibim də var. Əvvəlcə kimin oturacağı olub?

Kris Middlton: Bu, Valtteri Bottasın istifadə etdiyi oturacaqlardan biridir. Hər şey ondan başlayır ki, xüsusi bir köpükdən (bu ikikomponentli xüsusi kimyəvi tərkibdir) biz sürücünün bədəninin bir növ nüsxəsini yaradırıq.

Bu forma daha sonra 3D texnologiyası ilə skan edilir, bundan sonra biz CAD sistemlərindən istifadə edirik və olduqca gözəl görünən karbon oturacaq yaradırıq.

Bu mərhələdə dizaynerlər onu çox əhəmiyyətli bir təkmilləşdirməyə məruz qoyurlar: əyriliklər hamarlanır və oturacaq simmetrik formaya salınır.

Əntoni Devidson: Sürücü kokpitdə yerini alanda nə edə bilər?

Kris Middlton: Onun mövqeyi sabitdir, lakin ön və arxa bağlama nöqtələrinə görə kiçik düzəlişlər etmək imkanı var. Bu, oturacağın hündürlüyünü dəyişdirməyə imkan verir, lakin siz kiçik diapazonda onun meylini irəli və ya geriyə də dəyişə bilərsiniz. Bu, bəzi traslarda, xüsusən də Monakoda edilir, burada sürücülər adətən kokpitdə bir az yuxarıda oturmağa üstünlük verirlər.

Əntoni Devidson: Bəli, orada yaxşı görməyə nail olmaq daha vacibdir, baxmayaraq ki, adətən sürücü maşında mümkün qədər aşağı olmaq istəyir, çünki ağırlıq mərkəzi ondan asılıdır. Ancaq bu, yaxşı görüntüyə mane olarsa, burada üstünlük təhlükəsizliyə verilir.

Düşünürəm ki, azarkeşlər oturacaqların kokpitdə həqiqətən sərt bərkidilmədiyini biləndə təəccüblənəcəklər. Sadəcə bu forma xüsusi sancaqlara taxılır?

Kris Middlton: Bəli, bu forma özlüyündə heç bir şəkildə fiks olunmur – bu, qəza zamanı sürücünün oturacağı ilə birlikdə kokpitdən çıxarılması üçün edilir. Sürücünü bu formada təhlükəsizlik kəmərlərisaxlayır, elə oturacağı da kokpitdə kəmərlər saxlayır.

Əntoni Devidson: Təşəkkür edirəm, biz aydın izahatlar eşitdik və indi televiziya ekranlarında sürücülərin maşınlarda yerlərini tutduqlarını görəndə biz bu barədə daha çox məlumatlı olacağıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*