2021-ci il mövsümü üçün yeni reqlament təxirə salına bilər

Dünən Melburnda Avstraliya Qran Prisinin ləğv olunduğu, daha sonra isə Bəhreyn və Vyetnam mərhələlərinin təxirə salındığı elan edilib, amma belə görünür ki, məsələ yalnız bu mərhələlərin keçirilməməsi ilə kifayətlənməyəcək.

Hələ paddokda getdikcə daha çox Hollandiya və İspaniyada yarışların ləğv olunacağını söyləyirdi. Mövsümün Monakoda və ya Bakıda başlaması mümkündür. Bu vəziyyətdə Formula1 rəhbərliyi mümkün qədər çox təxirə salınmış yarışların keçirilməsini istəməsindən danışıb. Hər şey bir neçə mərhələni təqvimə qaytarmaq üçün ənənəvi avqust yay tətilinin ləğv olunmasına doğru gedir.

Digər fərziyyələr də hazırlanır – ilin sonunda yarış təqviminə möhür vurmamaq, Qran Prilərin bir hissəsini 2021-ci ildə keçirmək, hətta elə bu il iyunda başlayan çempionatı gələn ilin mayınadək uzatmaq. Bundan sonra yeni reqlamentə, xüsusən də maliyyə məhdudiyyətlərinə keçid elan etməklə 2022-ci il mövsümünə hazırlığa başlamaq.

İstənilən halda, Formula1 azarkeşləri tezliklə vacib xəbərlər gözləyirlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*