F-1.az xəbər verir ki, hələ bütün müqavilələr imzalanmayıb, lakin bu, yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, 2026-cı il mövsümünün başlamasına hələ iki il yarım qalıb. Mühərrik hazırlamaq üçün isə vaxt lazımdır.
Hazırda Formula1-də dörd güc qurğusu istehsalçısı var – Mercedes, Ferrari, Renault və Honda/RBPT. 2026-cı ildə isə ən azı altı tədarükçü olacaq – Mercedes, Ferrari, Red Bull-Ford, Renault, Honda və Audi.
On komandadan yeddisi artıq 2026-cı ildə mühərriklərin tədarükü ilə bağlı açıqlama verib…
2026-cı ildə komandalar hansı mühərriklərə sahib olacaqlar
| Komanda | Güc qurğusu tədarükçüsü |
| Red Bull | Red Bull-Ford |
| Mercedes | Mercedes |
| Ferrari | Ferrari |
| Alpine | Renault |
| Audi | Audi |
| Aston Martin | Honda |
| AlphaTauri | Red Bull-Ford |
| McLaren | sonra elan olunacaq |
| Haas | sonra elan olunacaq |
| Williams | sonra elan olunacaq |



